Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 7-də Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək. DİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, vətəndaşların qəbulu Lənkəran rayon polis şöbəsində keçiriləcək. Həmçinin yaxın rayonlar olan Masallı, Cəlilabad, Astara, Yardımlı, Lerik sakinləri də burada qəbul olunacaq. Qəbul saat 11:00-da başlayacaq.
|