Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsuini və İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hər iki görüşdə hərbi-siyasi vəziyyət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
|