ABŞ elektron pul hesablamaları üzrə SWIFT (Beynəlxalq Banklararası Maliyyə Telekommunikasiya Birliyi) sisteminin qərarını alqışlayıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, beynəlxalq banklararası ödəmə sistemi olan SWIFT İranın Avropa Birliyinin sanksiyaları ilə üzləşən maliyyə təşkilatlarına xidməti dayandırmaq qərarı verib. SWIFT-in baş direktoru Lasaro Kampos deyib ki, İran banklarına xidmətin dayandırılması fövqəladə bir addımdır və maliyyə sanksiyalarının gücləndirilməsi beynəlxalq və çoxtərəfli addımların birbaşa təsiridir.
Qərar martın 17-dən qüvvəyə minəcək.
|