Türkiyə parlamentində deputatlar arasında dava yaşanıb. Hadisə “Təhsildə 4+4+4” sisteminin müzakirələri vaxtı meydana gəlib. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, təhsil komissiyasının iclasına əvvəldən gələn AKP-çilər zalda oturaraq toplantının başlamasını gözləyiblər. İclas zalına girən CHP millət vəkilləri isə oturmağa yer tapmayıb. CHP-çi deputat Məhərrəm İncə zalın işğal edildiyini deyib və tərəflər arasında qarşıdurma yaranıb. Millət vəkilləri arasında başlayan yumruqlaşma vaxtı CHP Sinop millət vəkili Engin Altay müvazinətini itirərək yerə yıxılıb. AKP millət vəkilləri yerə yıxılan Altayı təpikləyiblər.
|