Fransa prezidenti Nikola Sarkozi aprel və mart aylarında keçiriləcək iki turdan ibarət prezident seçkilərində uduzacağı təqdirdə siyasətdən gedəcəyini açıqlayıb. “Seçkidə uduzsanız, siyasətdən gedəcəksinizmi” sualına cavab verən Sarkozu: “Bəli, seçkidə uduzsam, başqa işlə məşğul olaram” deyib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, ancaq Fransa prezidenti siyasətdən gedəcəyi təqdirdə nə işlə məşğul olacağını bilmədiyini söyləyib: “56 yaşındayam və 35 ildir siyasətlə məşğulam. Əsas peşəm vəkillikdir. Seçkidə uduzsam, həyatımı tamamilə dəyişərəm. Uduzsam, adımı bir daha eşitməzsiniz”.
Qeyd edək ki, Fransadakı son sorğuların nəticələri Sarkozinin seçkidə uduzacağını göstərir.
|