“Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu məlumatı keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə verib. Onun sözlərinə görə, I mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunan həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən TQDK tərəfindən keçirən test imtahanını verməlidir.
2012-2013-cü tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə ərizə və sənədlərin qəbulu martın 1-dən aprelin 10-dək aparılacaq.
Ali Hərbi məktəblərə qəbul olmaq istəyən kursantlar aprelin 1-dən mayın 30-dək ərizə ilə məktəb rəisinə müraciət etməlidirlər.
Tibb Universitetinin hərbi tibb fakültəsinin hərbi həkim işi ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.
Tibb Universitetinin Hərbi Tibb Məktəbinə feldşer ixtisası üzrə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi tibb fakültəsi rəisinin adına ərizə təqdim etməlidirlər.
Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən mayın 30-dək hərbi lisey rəisinin adına ərizə ilə müraciət etməlidir.
|