“Bakının 2020-ci il olimpiadasının keçirilməsinə namizəd şəhər kimi qeydə alınması sübut edir ki, Azərbaycanda idmana böyük diqqət var”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
O qeyd edib ki, ölkədə idman bazası möhkəmlənir və ildən-ilə nailiyyətlər çoxalır. “Bu il prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İdman ili” elan olunub. Ona görə də Azərbaycan bu il ərzində bir sıra beynəlxalq yarışlara ev sahibliyi edəcək” - deyə A.Rəhimov vurğulayıb. Nazir, həmçinin bildirib ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyaların sayı artır.
|