Azərbaycan prezidenti İlham Əliyev Rauf Xeyrulla oğlu Həbibovu Quba Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev martın 2-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram: Rauf Xeyrulla oğlu Həbibov Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.
|