NATO ABŞ hərbçilərinə olan son hücumlara baxmayaraq, Əfqanıstandakı siyasətini dəyişməyəcək. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın NATO-dakı nümayəndəsi İvo Daalder məlumat verib.
Əfqanıstanda NATO-nun Bagram hərbi bazasında Quran yandırılandan sonra ölkəni etiraz aksiyaları bürümüş, NATO hərbçilərinə hücumlar olmuşdu.
|