ABŞ-da Konqresin 3 üzvünə göndərilmiş ölüm hədəsi məktubları ilə bağlı araşdırma aparılır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanının özünü təqdim etməyən əməkdaşı bildirib ki, məktubların ikisində bildirilir ki, növbəti dəfə Senatın bütün üzvlərinə belə məktub göndəriləcək, 100 zərfdən 10-a isə öldürücü virus yerləşdiriləcək. Senatdan verilən məlumata görə, qanunvericilərin bəzilərinin adına artıq şübhəli zərflər gəlib, amma onların zərərsiz olduğu müəyyən edilib.
|