Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kimya fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-dan KƏLAMİNFO-a verilən məlumata görə, seminarda gündəlik məsələ, 2010-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanları üçün kimya fənnindən qəbul proqramının müzakirəsi olub.
Seminar iclasında müzakirələr nəticəsində proqramda yalnız redaktə xarakterli düzəlişlər və müəyyən dəqiqləşmələr aparılması təklif edilib.
Növbəti seminar iclasında 2009-cu ildə ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında kimya fənnindən (C variantı) təklif olunan test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.
|