İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Yeni Azərbaycan Partiyası (YAP) icra katibi, millət vəkili Əli Əhmədov verib. İranla mehriban qonşuluq siyasətinin davam etdirilməsi üçün Azərbaycanın lazım olan səyləri göstərdiyini diqqətə çatdıran Ə.Əhmədov qarşı tərəfin də ölkəmizə qarşı bir dost münasibəti nümayiş etdirməsinin vacibliyini vurğulayıb: “İran əhalisinin yarısı etnik azərbaycanlılardı. Azərbaycan dövlətinə qarşı xoş olmayan fikrin ifadə olunması İran hökumətinin öz azərbaycanlı vətəndaşlarına olan hörmətsizliyin ifadəsidir. Nota dili ilə danışmaq münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”.
|