Bu gün Qahirədə keçmiş prezident Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb. 83 yaşlı Mübarək korrupsiyada və etiraz aksiyalarına çıxmış çoxsaylı adamların ölümündə ittiham olunur. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, onunla birlikdə iki oğlu və keçmiş daxili işlər naziri də məhkəmə qarşısında dayanıb.
Dövlət ittihamçısı Mübarək haqqında ölüm hökmü çıxarılmasını istəyib.
|