İran silahlı qüvvələri komandanının müavini Məhəmməd Hecazi ölkənin milli maraqlarına təhlükə olacağı təqdirdə düşmənlərə qarşı önləyici addım atacağını bildirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, hərbçi “yeni strategiyamıza əsasən biz milli maraqlarımızın qorunmasında bütün vasitələrdən istifadə edəcəyik” - deyib. O, “Fars” agentliyinə müsahibəsində “biz özümüzə qarşı düşmənin addımlarını artıq oturub gözləməyəcəyik” sözlərini işlədib.
|