ABŞ-ın müdafiə naziri Leon Panetta Amerikanın Əfqanıstandakı hərbi bazasında Quranla rəftara görə üzr istəyib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Panetta araşdırma aparılacağına söz verib. Bagram bazasında Quran nüsxələrinin yandırılması xəbərlərindən sonra baza qabağına etiraza 2 min adam toplaşıb. Əfqanıstandakı beynəlxalq qoşunların komandanı Con Allen məlumatları təsdiqləyib və əfqanlardan üzr istəyib.
|