ABŞ prezidenti Barak Obama əfqanıstanlı həmkarı Həmid Kərzayi ilə bu ölkədə sülhün bərqərar olunmasını müzakirə edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, telefonda baş tutan müzakirədə ölkə başçıları həm də ötən həftə İslamabadda baş tutan Pakistan, İran və Əfqanıstan arasındakı üçtərəfli danışıqları müzakirə ediblər.
Ötən həftə Əfqanıstanın prezidenti Həmid Kərzayi “Wall Street Journal”a müsahibəsində deyib ki, Birləşmiş Ştatların iştirakı ilə əfqan hökuməti “Taliban”la danışıqlar aparır. “Taliban” təmsilçiləri isə bu məlumatı təkzib ediblər.
|