Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ABŞ onun ölkəsinə ərazilərin qorunması məsələsində kömək edəcək. «KƏLAMİNFO» «Qruziya online»a istinadən xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Ştatlar əvvəllər olduğu kimi nəinki antiterror fəaliyyətlə bağlı əməliyyatların keçirilməsində, həm də Gürcüstanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində yardım edəcək. «Bu, bizim Silahlı Qüvvələrimizin hazırlanmasının tam şəkildə yeni səviyyəsidir» - deyə prezident vurğulayıb.
|