Albaniyanın “Eurovisio–2012” təmsilçisi mahnısını albanca oxuyacaq. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Rona Nişliunun (Rona Nishliu) ifa edəcəyi mahnı “Suus” adlanır.
Qeyd edək ki, Kosovo əsilli müğənni ABŞ-da iki həftə ərzində mahnının studiya yazılışı ilə məşğul olub. Müsabiqənin qaydalarına əsasən, mahnı 3 dəqiqəyə qədər qısaldılıb. Mahnının üzərində isə 3 studiya işləyib.
Xatırladaq ki, Rona Nişliu mayın 22-də Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.
|