Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 17-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat veriblər.
BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 7 "Qızıl Xaç" məktubu çatdırılıb, erməni ailəsindən isə 3 "Qızıl Xaç" məktubu alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
|