İran prezidenti Mahmud Əhmədinejadın mətbuat müşaviri 6 ay həbs cəzası alıb. “Fars” xəbər agentliyi Əli Əkbar Cavanfekrin nəyə görə həbs edildiyini dəqiqləşdirmir, ancaq prokurorluğun onu bir neçə məsələdə ittiham elədiyini xəbər verib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Cavanfekr ali ruhani lider Ayətullah Xameneyini tənqid edəndən sonra tutulmuşdu. Bu həbsi prezident tərəfdarları ilə Xameneyi tərəfdarlarının hesablaşması kimi görürlər.
|