Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. “KƏLAMİNFO’ xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyası” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” təsdiq edilib.
Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
|