Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri fevralın 2-də Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. Bu barədə “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Əsirə bir “qızıl xaç” məktubu çatdırılıb, ondan isə bir “qızıl xaç” məktubu alınıb. Görüş barədə əsirin ailəsinə məlumat verilib.
Xatırladaq ki, bu günlərdə Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
|