Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartlarını SMS-lə də əldə edə bilərlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər.
SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq.
Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.
|