Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) coğrafiya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Seminarda coğrafiya fənni üzrə metodik vəsaitin yeni təkmilləşdirilmiş variantının son müzakirəsi aparılıb. Seminarda iştirak edən mütəxəssislər “Coğrafiya” vəsaitini elmi-metodiki baxımdan təhlil ediblər. Müzakirələdə qeyd olunub ki, vəsait müasir dövr baxımından təkmilləşdirilib, faktların sayı azaldılıb, xəritələr, sxemlər, illüstrasiya materialları ilə zənginləşdirilib, paraqrafların sonunda ümumiləşdirmə aparılıb və metodiki cəhətdən sadələşdirmə işləri görülüb.
|