Misir parlamentinin qarşısında hərbi hakimiyyətə son qoyulmasını tələb edənlərlə islamçı tərəfdarlar toqquşub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, toqquşma zamanı onlarla adam yaralanıb. Hərbi hakimiyyətə son qoyulmasını tələb edənlər parlamentə daxil olmaq istəsələr də, parlamentdə əsas yeri qazanan Müsəlman Qardaşları Partiyasının tərəfdarları buna imkan verməyib. Misirin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, qarşıdurma zamanı azı 43 adam yaralanıb.
|