Ötən il ərzində Aralıq dənizində Afrika olkələrindən Avropaya qaçmaq istəyən 1500-ə yaxın qaçqın batıb. “KƏLAMİNFO” “İTAR TASS”-a istinadən xəbər verir ki, bu, son 5 il ərzində rekord hesab olunur. Bu barədə çərşənbə axşamı BMT-nin qaçqınlar üzrə idarəsinin yaydığı hesabatda bildirilir. İdarənin məlumatına görə, 2011-ci ildə Avropaya Şimali Afrikadan 58 min qaçqın gəlib ki, bu da rekorddur.
|