Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” (MFA_Press Service) səhifəsi yaradılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. XİN-in “Twitter” səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaq.
“Twitter” səhifəsinə www.twitter.com/AzerbaijanMFA ünvanında baxmaq olar.
|