NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, hərbi alyans təhlükəsizlik məsələlərini 2014-cü ilin sonunadək Əfqanıstanın yerli qüvvələrinə tapşırmaq planını dəstəkləyir. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, buna baxmayaraq, o deyib ki, əyalətlərdə bu prosesə 2013-cü ilin ortalarında başlanacaq.
Onun bu şərhindən əvvəl Fransa prezidenti Nikola Sarkozi ötən həftə bildirib ki, onlar NATO-dan Fransanın missiyasının 2013-cü ildə sona çatmasını xahiş ediblər. Artıq bir neçə ərazi və şəhərin təhlükəsizliyinin idarə olunması Əfqanıstanın hərbi və polis qüvvələrinə tapşırılıb.
|