Raket əleyhinə müdafiə sistemilə bağlı Rusiya ilə NATO arasında danışıqlar hələlik heç bir nəticə verməyib.
“KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib. O qeyd edib ki, buna görə də hələlik bu ilin mayında Çikaqoda NATO-Rusiya sammitinin keçiriləcəyi aydın deyil.
Qeyd edək ki, Rusiya Avropada raket əleyhinə müdafiə sistemləri qurulmasının qəti əleyhinə çıxır.
|