TÜRKPA baş katibi Ramil Həsənovun rəhbərliyi etdiyi nümayəndə heyəti 25 yanvar-2 fevral tarixlərində İndoneziyanın Palembanq şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqı Şurasının 7-ci toplantısının işində və komitə iclasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.
Səfər çərçivəsində TÜRKPA baş katibinin bir çox ölkənin və beynəlxalq təşkilatın rəhbərləri ilə ikitərəfli görüşü nəzərdə tutulub. Həmçinin İƏT Parlamentlər İttifaqı Şurasının 7-ci iclasında TÜRKPA baş katibinin çıxışı da planlaşdırılır.
|