Məşhur Hollivud təpəsində iti ilə gəzintiyə çıxan iki qadın ağıllarına da gətirə bilməyiblər ki, onların sevimlisi ağacların altında nə dartışdırır. “KƏLAMİNFO” “Los Angeles Times” qəzetinə istinadən xəbər verib ki, itlər polietilen paketdə kişi başı aşkarlayıblar. Başın sahibi isə Ermənistan vətəndaşıdır. Kəsilmiş məşhur HOLLYWOOD sözünün altındakı təpədə olub. Polisin verdiyi məlumata görə, 40 yaşında olan bu kişinin qətlinin səbəbini müəyyən etmək hələ ki, mümkün olmayıb. İstintaq aparılır. Polis erməninin bədəninin digər hissələrini tapmaq ümidi ilə ətrafa baxış keçirir. Qəzet yazır ki, bu cinayət işi xüsusi nəzarətə götürülüb.
|