“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında həlli uzanan münaqişələr” adlı qətnamə layihələri gələn ay BMT-nin Baş Məclisinin 66-cı sessiyası çərçivəsində müzakirəyə təqdim oluna bilər. “KƏLAMİNFO” BMT-nin İnformasiya Mərkəzinə istinadla xəbər verir ki, gündəlikdə 35-ci və 39-cu yerlərdə duran “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnamə layihələri Azərbaycan və GUAM tərəfindən təklif olunub. Müzakirələr 2011-ci il dekabrın 12-nə təyin olunsa da, sonradan başqa tarixə təxirə salınıb.
|