BMT baş katibi Pan Ki Mun TŞ-ni Suriyada davam edən zorakılıqlarla bağlı ölçü götürməyə çağırıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o, 10 ay davam edən üsyan nəticəsində qırılanların sayının “qəbuledilməz” səviyyəyə çatdığını deyir. Abu-Dabiyə səfəri zamanı çıxış edən baş katib Şuranı Suriyadakı böhranı aradan qaldırmaq üçün sistematik iş görməyə səsləyib. O, Ərəb Liqasını Bəşər əl-Əsədlə dialoqa girdiyinə və Suriyaya müşahidəçi missiyası göndərdiyinə görə alqışlayıb. Baş katib liqanın bu səyləri davam etdirəcəyinə ümidini ifadə edib.
|