Bu gün səhər Yəmənin Ədən şəhərində hərbçilərin olduğu avtobusa silahlı hücum olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 1 nəfər ölüb, 7 nəfər yaralanıb. Hakimiyyət orqanlarından verilən məlumata görə, hücumun arxasında kimin dayandığı məlum deyil. Bununla belə, hücumu terrorçuların törətdiyi də istisna olunmur.
İslamçıların nəzarətində olan Yəmənin cənubunda bu cür hücumlar tez-tez baş verir.
|