Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması məqsədilə kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu məqsədlə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir.
Qeyd edək ki, tapşırıqlar “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.15-ci bəndinə əsasən həyata keçirilir.
|