ABŞ səfirliyinin müşaviri Conna Qenson və Norveç səfirliyinin birinci katibi Lars Hansen Naxçıvana bir günlük səfərə gediblər. Bu barədə KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Diplomat C.Qensonun Naxçıvana səfərində əsas məqsəd vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qurmaqdır. Səfər adi tanışlıq məqsədi daşıyır, belə səfərlər tez-tez keçirilir.
“Nümayəndələrin Naxçıvana getməsində əsas məqsəd qeyri-hökumət təşkilatlarının nümayəndələri, rəsmi şəxslərlə görüşməkdən ibarətdir”,-deyə ABŞ səfirliyindən bildirilib.
Qeyd edək ki, səfərin Bənəniyar kəndində olan hadisələrlə heç bir əlaqəsi yoxdur və qonaqların kəndə gedəcəyi faktı təsdiqlənmir.
|