«Əgər İran Hörmüz boğazını bağlasa, ABŞ buna cavab verəcək». «KƏLAMİNFO» xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Leon Panetta «CBS» televiziyasına müsahibəsində deyib. Qərargah Rəhbərləri Birliyinin rəhbəri, general Martin Dempsey də eyni tok-şouda bildirib ki, əgər boğaz bağlansa, ABŞ onu açmaq üçün tədbir görə bilər.
Qeyd edək ki, İran Avropa Birliyi ona qarşı neft sanksiyası qoyarsa, bunun qarşılığında Hörmüz boğazını bağlayacağı ilə hədələyib. Dünya neftinin böyük hissəsi bu boğaz vasitəsilə daşınır.
|