İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi bildirib ki, uranın zənginləşdirilməsi üzrə ikinci qurğu işə salınacaq. Bu, hava zərbələrindən müdafiə edilən yeraltı obyektdə həyata keçiriləcək. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Abbasi fevral ayının birində sentrifuqalara uran qazının vurulacağını deyib.
İran bu obyektin mövcudluğunu BMT-yə 2009-cu ildə bəyan etmişdi. Obyekt Qum şəhəri yaxınlığındakı dağlıq bölgədə yer altındadır.
|