Bu il Azərbaycan və Qətər Daxili İşlər nazirlikləri arasında hökumətlərarası təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O qeyd edib ki, hazırda bu sənəd layihə formasındadır və Azərbaycan tərəfindən Qətər dövlətinə təklif kimi göndərilib. “İl ərzində sənədin iki ölkə arasında imzalanacağı gözlənilir”,-deyə E.Abdullayev vurğulayıb. XİN rəsmisi onu da bildirib ki, təklif Qətərin Baş nazirinin müavini Əhməd bin Abdulla əl-Mahmud tərəfindən təsdiqlənib.
|