Yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına 2 illik qeyri-daimi üzv olan Azərbaycan bu ay öz səlahiyyətləri çərçivəsində 11 qapalı müşavirəyə, 3 müzakirəyə və 5 ümumi məlumatlandırma tədbirinə qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Müzakirələr zamanı Orta Şərq, Suriya və digər ərəb ölkələrində baş verən hadisələr, o cümlədən BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq mövzusu diqqətdə olacaq. Xatırladaq ki, ötən gün Azərbaycan üzv kimi ilk dəfə Təhlükəsizlik Şurasının ilk iclasına qatılıb.
|