2011-ci ilin yekunlarına və Almaniya-Azərbaycan dostluq və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Respublikanın Əməkdar artisti Mübariz Həmidov “Körpü” diplomu ilə təltif olunub. Teatrın mətbuat xidmətinin katibi Hüsniyyə Mursaquliyevanın “KƏLAMİNFO”ya verdiyi xəbərə görə, M.Həmidov bu mükafata Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə həyata keçirilən birgə layihələrin reallaşdırılmasındakı xüsusi əməyinə görə layiq görülüb.
|