ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Şirkətin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, M.Brayza Azərbaycanda çalışdığı müddətdə bütün sahələrdə olduğu kimi, neft-qaz sektorunda da böyük inkişaf müşahidə etdiyini, bu inkişafda ARDNŞ-nin mühüm rol oynadığını söyləyib, qarşıdakı illərdə şirkətin fəaliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini qeyd edib.
|