Bu gün kino ilinə yekun vurulacaq.
Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün saat 17:00-da Nizami Kino Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə 2011-ci ildə kino sahəsində ilin yekunlarına həsr olunan, o cümlədən beynəlxalq kino festivallarında müvəffəqiyyətlərə nail olmuş kinematoqrafçılarla görüş olacaq. Bu gün eyni zamanda saat 18:00-da geniş ictimaiyyət üçün Nizami Kino Mərkəzinin təntənəli təqdimat mərasimi keçiriləcək.
|