Bu gün səhər saatlarında Türkiyənin Aydın vilayətində zəlzələ olub. Boğaziçi Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutunun internet saytında yerləşdirilən məlumata görə, zəlzələnin episentri Egey dənizinin Quşadası Körfəzində olub.
Saat 07:59-da hiss edilən təkanların gücü Rixter şkalası ilə 4,3 bala çatıb.
|