Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərmarka’ şirkəti dövriyyəyə “20 Yanvar” faciəsinin 20-ci ildönümünə həsr olunmuş poçt markası buraxıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin mətbuat xidmətindən veriblər.
İyirmi min tirajla çap olunmuş markanın nominal dəyəri 1 manat təşkil edir.
Qeyd edək ki, 20 Yanvar xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
|