Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün bu gün Moskvaya işgüzar səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
|