Suriyada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində azı 20 nəfər həlak olub. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, hüquq müdafiəçiləri ölkənin şimalındakı Əl-Kuseyir şəhərində hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında baş verən döyüşlər nəticəsində 6 hərbçinin öldüyünü bildiriblər.
Türkiyə ilə sərhəddəki İdlib əyalətinin kəndlərində də döyüşlərin getdiyi bildirilir. Hüquq müdafiəçiləri Homs və İdlib əyalətlərində 14 dinc nümayişçinin öldürüldüyünü bildirib.
|