Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Fransa parlamentinin gündəliyinə gələcək layihəylə bağlı növbəti sərt reaksiya verib. Davudoğlu bu dəfə etirazını Fransa da daxil olmaqla Avropa Birliyi səfirlərinə ifadə edib. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, Avropa Birliyinə sədrlik edən Polşanın Ankaradakı səfirinin nahar yeməyinə qatılan Davudoğlu: «Ölkəmiz alnına qara ləkə yaxma cəhdini cavabsız qoymayacaq» deyib. Davudoğlu gələn ilin ikinci yarısında Kiprin rum icmasının AB sədrliyinə başlamasını və AB-nin Kipr məsələsinə dair mövqeyini də tənqid edib.
|