“Ali Məhkəməyə daxil olan müraciətlər ilbəil artır. Ötən il daxil olan müraciətlər 10 faiz artmışdı. Bu il də müraciətlərin o qədər artacağı gözlənilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
R.Rzayev ötən il Ali Məhkəmədə 5 min işə baxıldığını xatırladıb. Onun sözlərinə görə, eyni zamanda keçən il respublikanın bütün rayonları üzrə məhkəmələrdə 120 min işə baxılıb.
|