Rusiyanın İrkutsk vilayətinin qubernatoru Dmitri Mezençev prezidentliyə namizədliyini irəli sürüb. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, təşəbbüsü yerli həmkarlar ittifaqı irəli sürüb.
Onun dekabrın 15-də ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyi bildirilib. Artıq indiyə qədər 12 şəxs prezidentlik iddiasını irəli sürüb.
|